Gömrükdə sahibkarlara necə tələ qurulur? - Detallar...

02 sentyabr, 2020 01:36

Azsiyasət.com aktualxeber.az-a istinadən Gömrük Komitəsindəki özbaşınalıqlarla bağlı yazını təqdim edir. Gömrükdəki mənbəmizin verdiyi informasiyadan:

Gömrüyün təzəlikcə qoyduğu limitin "Ölkədən xaricə pul axınını dayandırmaq üçün ediblər” deyənlərə:

Deməli, Gömrüyün yük maşınları girən bütün terminallarında belə bir qayda var: Buna rus dilində "prastoy”, türk dilində "yatılı parası” deyirlər. Bizim dildə heç adı da yoxdur. Normal ölkələrdə gömrüyə mal gələn kimi onu anbarlara boşaldırlar. Yükü gətirən maşın çıxıb gedir, sonra hərə gəlib anbardan öz yükünü götürüb rüsumunu ödəyib gedir. Bizdə isə yox…, maşın içəri girdisə, sən öz malını o maşından götürməyənə qədər o maşın gömrük ərazisindən çıxa bilməz. Maşınlar da hamısı əcnəbi ölkə maşınları. Məsələn, TIR Türkiyədən yük gətiribsə, sənə nəqliyyat şirkəti 3 gün vaxt verir. Malını 3 günə çıxartdın, çıxartdın…Çıxartmadınsa növbəti hər günə görə 150 dollar verməlisən maşını gecikdirib artıq saxladığın üçün. Gürcüstandan və Rusiyadan gələn maşınlar 2 gündən sonra hər sutkaya görə 100 dollar, Avropadan gələn TIR-lar isə 2 və ya 3 gündən sonra hər sutkaya görə 200 avro yazır. Bu pulu Azərbaycan vətəndaşları verir xarici ölkə vətəndaşı olan sürücülərə, nəqliyyat şirkətlərinə. Bizim gömrükdən isə 3 günə mal çıxartmaq adətən qeyri mümkündür. Məsələn, sənin malının gömrük tarif kodu 0%-li idxal rüsumuna düşürsə, sənə deyəcəklər "Get bunu 15%-li kodla yaz”. Bu, o deməkdir ki, sən idxal rüsumu ödəməli olmadığın halda malının dəyərinin 15%-ni sənə məcbur ödətdirirlər. Allah eləməmiş etiraz etsən, onda sənin özünü bir cinayətkar kimi şübhə altına alıb işi göndərirlər Mərkəzi Gömrük Ekspertiza İdarəsinə ki, "Araşdırın bir görək hələ bu vətəndaş vergidən yayınmaq üçün saxta kod dəyişikliyi etməyib ki?”.

Ekspertiza idarəsinin cavabı sənə 20 iş günü ərzində vermək haqqı var. Bu isə o deməkdir ki, sənin haqlı olub-olmamağından asılı olmayaraq xarici nəqliyyat şirkətinə hər sutkaya görə 150 dollar pul verməlisən, üstəlik burda qeyri iş günləri də hesablanır. Ölkəyə də hər gün müxtəlif sərhədlərdən bəlkə 1000 yük maşını girir. İndi vurun bu 200 avroları, 150 dollarları 3, 5, 10 sutkalara, bir də camaatın ayda-ildə 1 dəfə internetdən 5-10 dollara sifariş etdiyi xırdavata baxın.”

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb