Vaqif Mustafayev kino adı ilə işçisinə toy etdi - FOTOLAR

23 avqust, 2020 00:42

Son günlər vəzifə və səlahiyyət sahibləri ölkədəki karantin qaydalarını kobud şəkildə pozaraq öz yaxınlarına, ailə üzvlərinə toy məclisləri təşkil edirlər. Azsiyasət.com saytı baku.tv-yə istinadən xəbər verir ki, belə şəxslərdən biri də “Space TV”nin rəhbəri Vaqif Mustafayevdir.

O, telekanalın Proqram departamentinin “Toma” ləqəbli rəhbəri Tamara Məmmədovanın bacısına toy etməsinə dəstək olub. Belə ki, Novxanıda bağ evində kino çəkilişi adı ilə toy mərasimi edib.

V.Mustafayev şəxsi “əlaqələri” vasitəsilə hüquq-mühafizə orqanlarını aldadıb, polis əməkdaşlarına film çəkilişi aparıldığı deyilib. Toyda şou aləminin bir sıra tanınmış simaları da iştirak edib.

Məsələ ilə bağlı Azsiyasət.com saytı bir sıra suallara cavab tapmaq üçün qısa bir araşdırma aparıb. Axı bir telekanal rəhbərini öz işçisinə qarşı "xüsusi" münasibət göstərməyə nə vadar edə bilər? Ölkə başçısının karantin rejimi ilə bağlı verdiyi göstərişlərə məhəl qoymayan V.Mustafayev öz işçisinin bacısına nəyə görə toy təşkil edib?

Telekanldakı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, bacısına toy edən T.Məmmədova ilə V.Mustafayev arasında isti münasibətlər var. Buna görə də telekanalda T.Məmmədovanın səlahiyyətləri hüdudsuzdur. İstədiyi qərarı verə, hətta telekanal rəhbərinin verdiyi qərarları belə dəyişə bilər. İstədiyi şəxsi işdən qovur, istədiyi şəxsi vəzifəyə qoyur. T.Məmmədova telekanal rəhbəri ilə olan şəxsi münasibətlərindən istifadə edərək işçilərə qarşı əsl aqressiya nümayiş etdirir və televiziyada heç bir məntiqə, qanuna və etik qaydalara sığmayan despot rejim qurub. Artıq onun telekanaldakı hegemonluğunun səbəbləri hər kəsə bəllidir. 

Eyni zamanda, mediaya heç bir aidiyyatı olmayan, qeyri-peşəkarlığı ilə “populyarlaşan”, bircə müəllif yazısı olmayan T.Məmmədova 3 illik "staj"la 2017-ci ildə Jurnalistlər binasından da ev alıb. Məhz V.Mustafayevin sevgisi hesabına, sifarişlə...

Bir neçə ay bundan öncə T.Məmmədovanın adı başqa bir qalmaqalda da hallanırdı. T.Məmmədovanın adı hallanan ən böyük qalmaqal bu günlərdə məhkəmə müstəvisinə də çıxıb. Belə ki, “Space TV”nin telekanalının əməkdaşı Vüqar Ağayev 100-dən çox insana pul ataraq, ölkədən qaçıb. V.Ağayevə pullar aparıcı, kimi operator kimi reklam işinə düzəlmək üçün ödəyiblər. Hamısından da həmin pullar dövlət rüsumu adı altında alınıb. Maraqlıdır ki, həmin insanlar 4-5 ay telekanala təpik döyüb. Sadəcə onlara deyilib ki, siz yeni işçi olduğunuzdan maaşlarınız bir neçə ay gecikəcək, ancaq sonda hamısı birlikdə ödəyəcəyik. Maraqlıdır ki, bu şəxslərin adı telekanalın işçiləri siyahısına da salınıb. Bu isə ondan xəbər verir ki, V.Ağayev dələduzluğu təkbaşına həyata keçirməyib. Şikayətçilərin ölkə mediasına verdiyi məlumata görə, ölkədən qaçan Vüqar Ağayev hazırda “Space TV”də proqram müdiri olan Tamara xanımla birlikdə iş birliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alıblar, lakin sözlərinə əməl etməyiblər”. 

Tamara Məmmədovanın bacısının toyundan foto...

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb