Rusiyaya casusluq edən ABŞ hərbçisini Azərbaycana nə bağlayır...

22 avqust, 2020 10:26

ABŞ xüsusi təyinatlılarının keçmiş kapitanı Piter Rafael Dzibinski Debbins Virciniya ştatında yaşadığı evdə həbs olunub. 45 yaşlı Piter Debbins 10 ildən artıq müddətdə Rusiyaya kəşfiyyat məlumatları ötürməkdə ittiham olunur.

O, məlumatları Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (QRU) ötürüb.

“Debbins ABŞ ordusu zabitinin andını pozaraq, ölkənin milli təhlükəsizliyini təhdid altına almış, xidmət etdiyi hərbi birləşmənin üzvləri barədə rusiyalı kəşfiyyatçılara məlumatlar verərək onların bəzilərini əməkdaşlığa cəlb etməyə çalışıb”- deyə Ədliyyə Nazirliyinin açıqlamasında deyilir.

İstintaqın məlumatına görə, 1997-ci ildə Rusiyanın Çelyabinsk şəhərində tanış olduğu rus qadınla nikaha girən Debbins, ordu zabiti olan qayınatasının təsiri altına düşüb.

“Debbins rusiyalı kuratorlarına özünü “Rsuiyanın oğlu” kimi təqdim edirdi. Agentlər ona xüsusi təyinatlı qüvvələrə daxil olmağı məsləhət görüblər, o da bunu edib”-deyə məlumatda vurğulanır.

Karyerasına gəlincə, Debbins 1998-2005-ci illərdə ABŞ ordusunda xidmət edib. O əvvəlcə, Cənubi Koreyadakı hərbi bazada kimyəvi qoşunlarda xidmət edib, 2003-cü ildə Almaniyada xüsusi təyinatlı qüvvələrin zabiti olub. 2004-cü ildə Azərbaycana göndərilsə də, təhlükəsizlik qaydasını pozduğu üçün komandanlıqdan kənarlaşdırılmışdı. 2005-ci ilin noyabrında ehtiyata buraxılıb və 2010-cu ilə qədər ehtiyatda olan zabit kimi qeydiyyatda qalıb.

Xatırladaq ki, bundan bir müddət əvvəl, ABŞ ordusunun zabiti Çarlz Briqs Rusiyaya, avqustun 18-də saxlanılan Yunq Çinq Ma isə Çinə casusluq ittihamı ilə həbs olunub.

 

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb