Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı - 24 milyonluq yatırım

16 mart, 2021 15:24

“DET.AL Alüminium” MMC-nin sabiq baş direktorunun Siyahdeniz Turizm İnşaat Sanayi ve Ticaret Anonim adlı şirkətinin nizamnamə kapitalı 24 milyon 300 min TL təşkil edir. Son illər Türkiyədə Azərbaycanlı iş adamları tərəfindən yaradılan şirkətlərin sayı çoxlamaqdadır. 

Azsiyasət.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvar ayında azərbaycanlı iş adamı Sərxan Babayevİstanbulun Şişli rayonunda nizamnamə kapitalı 24 milyon 300 min TL olan (5 milyon səkkiz yüz doxsan min manat) Siyahdeniz Turizm İnşaat Sanayi Ve Ticaret Anonim adlı şirkət yaradıb. (Linki BURDA)

Sərxan Babayev Türkiyədə həmdə "Alva Donna” Şirkətlər Qrupunun və Antalya şəhərindəki məşhur “Shemall” ticarət mərkəzinin rəhbəri kimi tanınır. 

Qeyd edək ki, Masallı rayonunun Mahmudavar kəndindən olan Sərxan Babayev 2019-cu ilə qədər ölkənin ən böyük metallurgiya kompleksi olan "DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsində işləyib. 

Sərxan Babayev “DET-AL Alüminium” MMC-nin baş direktoru işlədiyi vaxt 2016-cı ildə Türkiyəyədə rus iş adamı kimi peyda olaraq Seyran Həsənov adlı şəxslə "Alva Donna” Şirkətlər Qrupunun səhmdarı olub. 2019-cu ildə isə "Alva Donna” Şirkətlər Qrupunun səhmləri Dubayda qeydiyyatda olan “Vertex İnverstments Limited” şirkətinə satılıb. Bundan sonra “Alva Donna” Şirkətlər Qrupu İdarə Heyətinin sədri vəzifəsinə Sərxan Babayev təyin edilib. 

Bununla belə, 2019-cu ildən bu yana mətbuatda Sərxan Babayevlə bağlı hər hansı bir xəbərə rast gəlmək olmur. Bu isə Sərxan Babayevin “DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsini tərk edərək, Türkiyədə “Alva Donna” Şirkətlər Qrupunun rəhbərliyinə keçməsi ilə üst-üstə düşür.

Bildirək ki, ölkə mətbuatında Sərxan Babayevin adı yüksək vəzifəli məmurlardan birinin ən yaxın adamı kimi keçir. Onun vaxtı ilə “DET-AL Alüminium” MMC-nin baş direktoru vəzifəsinə məhz həmin məmur tərəfindən gətirildiyi iddia edilir.

Azfakt.com

 

27 iyun

14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?