Maskaya görə cərimə olsa da, istidə taxmayanlar çoxdur

03 iyul, 2020 15:19

Havaların isti keçməsi insanlar üçün maska taxmağı əziyyətə çevirib; koronavirus günəşdə məhv olur?

Azərbaycanda tibbi maska taxmamağa görə cərimə qüvvədə olsa da, Bakı küçələrində bu tələbə riayət etməyənlər kifayət qədərdir.

Bunu “Yeni Müsavat” üçün kiçik reydimiz zamanı gördük. Paytaxtda maska tələbinə əsasən ictimai nəqliyyatda əməl olunur.

Metro və avtobuslarda maska taxmaq məcburi olduğuna görə insanlar riayət edirlər. Lakin küçələrdə, ticarət mərkəzlərində, marketlərdə, parklarda cəriməsi olduğu halda maska taxmayanlar az deyil.

Bunu bir çoxu havaların isti keçməsi ilə əlaqələndirir. İnsanlar deyirlər ki, belə şəraitdə maska taxmaq zülmə bərabərdir.

Çünki isti ilə yanaşı maska taxanda burun-boğaz tərləyir, nəfəs almaq olmur. Ona görə də polis olmayan yerlərdə vətəndaşlar arxayın şəkildə maskasız gəzirlər.

Vətəndaşları koronavirusa yoluxmaqdan çox, cərimələnmək qorxudur deyə maska taxırlar. Ancaq demək olmaz ki, maska tələbinə kütləvi şəkildə riayət edilmir.

Ölkədə virusa yoluxma hallarının artdığını anlayan çoxlu sayda insan var ki, məhz xəstələnməmək üçün maska taxırlar. Hazırda maskanın satışında da problem yoxdur. Qiymət 30 qəpik olaraq qalır, heç bir qıtlıq yaşanmır.

Sadəcə, bir çox adamlar eyni maskanı günlərlə istifadə edirlər. Həkimlər isə bunun özünün infeksiya yaratdığını bildirirlər.

Maska taxmayan adamlar isə deyirlər ki, bu gedişlə ümumiyyətlə istifadə etmək çətin olacaq. Havalar getdikcə istiləşir, bu şəraitdə maska ilə gəzmək olmur.

Koronavirusun 92 dərəcə istidə 15 dəqiqə mövcud olduğu aydınlaşıb. Bu nəticəyə Eks-Marsel Universitetinin alimləri gəlib.

Məlumata görə, araşdırmaçı Boris Pastorino və komandası koronavirus üzərində 10 müxtəlif sınaq keçirib.

Həmin təcrübələrdə koronavirusun 30 və 60 dərəcə istidə yoluxuculuğun azaldığı aşkarlansa da, virus məhv olmayıb. Daha sonra koronavirus 92 dərəcə istidə 15 dəqiqə qalıb və təsirini tamamilə itirib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə bildirib ki, virusu günəş altına qoysaq, çox yaşamayacaq. Lakin isti havada koronavirusun yoxa çıxacağı hələ bilinmir.

Bunu gözləyib, müşahidə edəcəyik. Amma Şimal yarımkürəsində havanın istiləşməsi ilə koronavirus hallarının azalmağa başlayacağına dair ümid var.

Britaniyanın Edinburq Universitetinin Yoluxucu Xəstəliklər Mərkəzindən Kate Templeton tərəfindən 10 il bundan əvvəl aparılmış araşdırmanın nəticələrinə əsasən, yoluxucu nəfəs boruları xəstəliklərinə səbəb olan üç koronavirusun “qış mövsümüylə əlaqəli” olması müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Koronavirus pandemiyasına görə ölkə ərazisində martın 24-dən tətbiq olunan karantin rejimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda iyunun 15-nə kimi uzadılıb.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar