“TurAz Qartalı” başladı: Türkiyənin F-16 qırıcıları, pilotsuz döyüş aparatları Azərbaycanda

30 iyul, 2020 10:35

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin dünən iyulun 29-da başlayan birgə irimiqyaslı manevrləri qardaş ölkənin KİV-ləri tərəfindən də yaxından izlənilir.

“Yeni Şafak” qəzeti və digər KİV-lər bu təlimlər barədə yazaraq birgə manevrlərin “TurAz Qartalı” hava döyüş təlimləri ilə başladığını yazır.

Qəzetin yazdığına görə, Türkiyə və Azərbaycan hərbi hava qüvvələrinin ənənəvi ortaq manevrləri olan “TurAz Kartalı”-na Türkiyə Hərbi Hava Qüvvələri 10-a yaxın döyüş təyyarəsi ilə qatılır. Təlimlərdə iştirak edən F-16 qırıcıları dünən Bakı ətrafındakı hərbi aerodromlardan birinə enib və qəzet yerli sakinlərin təyyarələri böyük sevinclə qarşıladıqlarını qeyd edir. Bildirilir ki, təlimlər bu dəfə Qarabağa, o cümlədən Ermənistanla sərhədə yaxın poliqonlarda keçiriləcək.

Avqustun 10-na qədər davam edəcək “TurAz Qartalı” təlimlərində Türkiyənin F-16 qırıcıları, PUA-ları və döyüş pilotsuz aparatları ilə yanaşı Azərbaycan HHQ-nin MiQ-29, Su-25 döyüş təyyarələri, Türkiyədən bu günlərdə tədarük edilən PUA-lar, o cümlədən döyüş pilotsuz aparatları birgə döyüş manevrləri həyata keçirəcək.

“Türk qırıcıları Azərbaycan səmalarında qardaşlarına güvən, düşmənə qorxu yaşadacaq. Gecə və gündüz şəraitində həyata keçiriləcək birgə hava təlimlərinin qarşıdakı günlərdə döyüş atışlı mərhələsi olacaq. Gəncə ətrafındakı poliqona atılan bombaların səsi Tovuzdan eşidiləcək”,-qəzet yazır.

Bildirilir ki, manevrlərdə hücum əməliyyatının bütün aspektləri sınaqdan çıxarılacaq. Təlimlərdə qoşunların cəmləşməsi, hücuma hazırlaşması, hədəflərə havadan yaxınlaşma, hücum və hədəflərin dəqiq zərbələrlə vurulması məşq ediləcək. Təlimlər çərçivəsində Türkiyənin yeni silah sistemləri, o cümlədən Azərbaycanın Türkiyədən aldığı sistemlər real döyüş əməliyyatlarına maksimal yaxın şəraitdə sınaqdan keçiriləcək.

“TurAz Qartalı” təlimlərinin başlaması ilə əlaqədar Türkiyə prezidentinin yardımçısı Fuat Oktay özünün Tvitter bloqundan mesaj yayıb. O, Türkiyə ilə Azərbaycan hərbi hava qüvvələrinin, quru qüvvələrinin genişmiqyaslı hərbi təlimlərə başladığını qeyd edib və bildirib: “Qardaş Azərbaycanla hər zaman və istənilən şərtlərdə birlikdə hərəkət etməkdə davam edəcəyik. Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar