Azay Quliyevin 7 min manatlıq "Lələtəpə əməliyyatı"

29 iyul, 2020 13:42

Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından müxtəlif təşkilatlara 1 milyon 200 min manat qrant verilib.

Sadə bir misal, “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyi (sədr Rövşən Həmid oğlu Ağamalıyev, müavini də qardaşı Musa Ağamalıyev) “Lələtəpədə yazılan dastan” adlı qısametrajlı sənədli filmin çəkilməsi üçün həmin Şuradan 7 min manat qrant alıb.

"Azsiyasət.com" xəbər verir ki, bunu siyasi mühacir Həbib Müntəzir yazıb. Onun sözlərinə görə, film çəkilib, 2018-ci il oktyabrın 8-də təqdimat  olub, dövlət saytları bu barədə yazıb. 

“50 dəqiqəlik qısametrajlı film 21 oktyabr 2018-ci ildə “Youtube”-da yerləşdirilib. Film ancaq şəhid ailəsinin, yaxınlarının şəhid barədə danışığından ibarətdir, vəssalam. Kamera qoyulub, çəkilib, montaj olunub, 7 min silinib. Keçən 21 ay ərzində bu filmə cəmi 10 nəfər baxıb. Lələtəpə mövzusundan pul yeyən adamları dindirsən, məni vətən xaini çıxaracaqlar, qrantyeyən deyəcəklər, amma dövlət büdcəsindən şəhid, vətən mövzusundan balalarına pul aparmaqla fəxr edirlər, vicdanları ağrımır. Hər ay da müxtəlif layihələrlə pullar alırlar, yuxarıdakı kimi silirlər gedir, olurlar bomba vətəndaş, əsl vətənpərvər. Çünki onlar Lələtəpə haqqında kino çəkiblər axı, qaragüruh da deyir – “Vətən, xalq üçün gör nələr edib, bəs sən nə etmisən?”

Mən onlara bax bu həqiqətləri göstərirəm, onlar da gəlib deyir yazma, ermənilər gülür. Ölkəni, onun dəyərlərini, onun büdcəsini, onun şəhid mövzularını gülməli günə salan yararsız qurumlardır, mən yox”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri deputat Azay Quliyevdir.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar