Ramiz Mehdiyev Zakir Fərəcova nəyi söz vermişdi?

08 dekabr, 2020 14:18

Ölkədə fəaliyyət göstərən bir qrup iş adamı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət ediblər. Müraciət müəllifləri Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun onları aldatdığını, sahibkarlara böyük məbləğdə ziyan vurduğunu iddia edirlər.

Sahibkarlar bildirir ki, “A.V.” şirkəti indiyə qədər Azərbaycanda çoxsaylı uğurlu layihələr həyata keçirib. Bu xüsusda Yevlax, İmişli, Beyləqan, Hacıqabul, Kürdəmir, Quba, Gəncə və Goranboy rayonlarında tikinti-abadlıq işlərinin görülməsi, o cümlədən yeddi rayonda Bayraq Meydanının tikintisi və s. qeyd oluna bilər. Şirkət icra etdiyi bütün layihələri uğurla təhvil verib və buna görə, dəfələrlə müxtəlif təltifnamələrə layiq görülüb.

Müraciət müəllifləri qeyd edir ki, onları təmsil edən şirkət təmsilçisi 2016-cı ilin martında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə onun qəbulunda olub. İcra başçısı şirkətə Sumqayıt şəhərində Yeni Bulvar kompleksinin inşasını təklif edib. Bildirib ki, “ağsaqqal” (Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi nəzərdə tuturdu) Sumqayıtda Yeni Bulvar kompleksinin salınmasını və cari ilin sentyabr ayında təhvil verilməsini tapşırıb. Bunu edəcəyi təqdirdə onun Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alacağına “ağsaqqalın” söz verdiyini də söylədiklərinə əlavə edib. Daha sonra qeyd edib ki, buna qədər müxtəlif sahibkarlarla görüşsə də, onlar bu işi icra etməkdən boyun qaçırıblar. Yekunda bu qənaətə gəlib ki, bu layihəni məhz bizim şirkət həyata keçirə bilər.

Z.Fərəcov sahibkarla birlikdə əraziyə baxış keçirib və həm bu layihəni icra etməyi, həm də Bakı-Quba yolunu abadlaşdırmağı ondan istəyib. Razılaşma əldə olunub və martın 10-da 624 işçi heyəti və texniki avadanlıqlarla “A.V.” şirkəti layihənin icrasına başlayıb. Baxmayaraq ki, qanuna müvafiq olaraq aramızda müqavilə bağlanmasını tələb edirdik, icra başçısı buna ehtiyac olmadığını söylədi. Qarşılıqlı etimad və “centlmen sazişi” əsasında işə başladıq və onun yüksək vəzifə daşıdığını rəhbər tutaraq, yalançı vədlıərinə aldandıq. Və bütün həngamə də bundan sonra başladı. Yeni Bulvar kompleksinin və Bakı-Quba yolundan girişində abadlıq işlərinin ümumi smeta dəyəri 12.800.000 manat təşkil edirdi. Həmin puldan indiyə kimi, mənə 6.000.000 manat ödənilsə də, qalan məbləğ hələ də ödənilməyib. Layihənin icra olunduğu ilkin dövrlərdə vəsait Sumqayıt şəhərinin baş memarı Adil Xudadatov tərəfindən nağd şəkildə çatırılırdı. Məlumat əldə edirdik ki, həmin pullar Sumqayıtda fəaliyyət göstərilən dövlət idarələrinin rəhbərlərindən toplanır. Əgər onlar ilkin vəsaiti verməsəydilər, o halda işlər yarımçıq qalacaqdı. Digər yandan yarımçıq tikintini də saxlaya bilməzdik.

Sahibkarlar bildirir ki, Sumqayıt Bulvar kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev görülən işlərin keyfiyyətindən yüksək məmnunuluq ifadə edib və qısa müddətə bu miqyasda işlərin görülməsini möcüzə adlandırıb. Dəfələrlə Zakir Fərəcovdan öz halal pulumuzu tələb etsək, müxtəlif bəhanələr uydurmaqla, hər dəfə ödəməkdən boyun qaçırır. Gah deyir, ona yuxarı instansiyalardan öz vəsaiti hesabına uşaq bağçası inşa etdirmək tapşırılıb, gah da digər bəhanələr gətirir. Nəticədə şirkətimiz faktiki olaraq müflis vəziyyətinə gəlib.

Sahibkarla ölkə rəhbərliyindən problemlərini həll etməyi, Zakir Fərəcovdan onlara çatacaq vəsaiti geri almaqda yardımçı olmağı xahiş edirlər.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik…

22 yanvar

00:11 - "Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına" - Pənah Hüseyn00:04 - "Ordunu çıxart, talanı dayandır" - Dəməşqin Baydendən gözləntisi

21 yanvar

21:24 - Azərbaycanın qazandığı siyasi divident  - Rusiyadakılar imzalanan sənəddən məmnun qalmayacaq17:32 - Paşinyandan ermənilərə Şuşa ilə bağlı TARİXİ XATIRLATMA 15:40 - Nadir Qafarzadə Mədəniyyət nazirinə müraciət etdi:  "Küçə musiqilərini efirlərdən yığışdırın!"14:58 - Azərbaycanla Türkmənistan arasında Xəzərdə "Dostluq" yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb14:55 - Türkiyədə üzərinə "Qarabağ Azərbaycandır" yazılmış pul buraxıldı14:18 - "Ukraynaya silah verməyi dəstəkləyirəm" - Yeni Dövlət katibi14:14 - Şuşaya avtobus xətləri açılır - Hələlik üç şəhərdən 13:48 - Türkiyənin ən böyük bankı Şuşada filial açır10:52 - "Lavrovun bəyanatında təhlükəli məqamlar var": "İndi əsas məsələ Ermənistan ordusunun ərazidən çıxarılmasıdır"10:47 - "Bayden və Harrisin ermənilərlə əlaqələri var, amma..." - Qubad İbadoğlu10:41 - Bayden Trampın qərarlarını ləğv etdi - Müsəlman ölkələrinə qadağa qaldırıldı00:21 - Azərbaycan hərbi gücünə görə neçənci yerdədir? - "Global Firepower" açıqladı00:09 - "Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik" - Qüdrət Həsənquliyev

20 yanvar

18:27 - Tramp Ağ Evlə vidalaşdı - VİDEO 17:11 - "Karyerdə daş atıb 10 manat alırdım" - Siyavuş Novruzov17:03 - Mikayıl Cabbarov təkzib edir - "SOCAR satılmayacaq"16:02 - Paşinyan: "Bakıda qətlə yetirilən günahsız insanların ruhları qarşısında baş əyirəm" - FOTO15:57 - Putinin milyardlıq sarayı üzə çıxdı - FOTOLAR 15:52 - "Azərbaycan 20 Yanvar faciəsini Rusiya ilə əlaqələndirmir" - Polad Bülbüloğlu14:21 - NATO Baş katibindən Azərbaycana mühüm dəstək: - "Biz suverenliyə hörmət göstərməliyik"13:30 - Hansı məmurlar həbs ediləcək? - YAP-dan ANONS12:23 - "Atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?" - Arutyunyandan Koçaryanın oğluna sual...12:18 - Rus əsgərlərinin Qarabağa girməsini "sülhməramlı" adlandırmaq doğru deyil12:12 - Prezidentlə xanımı Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR 00:57 - "İndi Birləşmiş Ştatların qaranlıq vaxtlarıdır" - Bayden00:48 - Siyavuş Novruzov Qüdrət Həsənquliyevi "beşinci kolon"un üzvü adlandırdı00:43 - Qanlı Yanvar hadisələrindən 31 il ötür...

19 yanvar

21:38 - Seyran Ohanyan: "Ermənistan müharibəni “Biz qalib gələcəyik!” şüarı ilə uduzdu"