DYP-nin saxta sübut əsasında yazdığı 60 manat cərimə və 3 bal - Məhəmmədəli Qəribli yazır- FOTO

26 iyul, 2020 15:25

Tanınmış jurnalist Məhəmmədəli Qəribli DYP-nin qanunsuz hərəkəti ilə bağlı sosial şəbəkələrdə geniş yazı ilə çıxış edib. Jurnalistin yazısını olduğu kimi təqdim edirik: 

"Hüququn aliliyinin təmin olunması həm də vətəndaşa olan nümunəvi xidmətdən keçir. Çox təəssüflər olsun ki, artıq neçənci dəfədir ki, DYP-nin şəxsimə olan münasibətində bunu hiss etmirəm. Başqaları kimi bu məsələdə qərəz, hansısa sifariş motivləri axtarmaqdan uzağam. Amma rastlaşdığım faktlar bunu deməyə əsas verir ki, DYP-nin elektron protokol tərtib edib, inzibati cəza yazan şobəsinin işində ciddi nöqsanlar mövcuddur.


Bir neçə dəfə belə protokol almışam. Sübutlar məni qane etmədiyi üçün elektron qaydada şikayət etmişəm. Araşdırma aparılana kimi məlum olub ki, artıq cərimənin ödənişi icraya yönəldilib, məbləğin üstünə dəbbə pulu kimi əlavə vəsait gəlir. Cərimənin şişməməsi üçün məcbur olub, hətta razılaşmadığım cəriməni belə ödəmişəm. Bununla mübarizənin başqa alterantiv yolu, məhkəmədir ki, buna da çəkilən xərc və vaxt itkisi adamı həvəsdən salır.


Necə deyərlər: astarı, üzündən baha gəlib çıxır. İstərdim mövzunu uzatmadan bugünlərdə məhz analoji mövzuda rastlaşdığım bir faktdan bəhs edim. Bir neçə gün bundan əvvəl, səhər tezdən "AsanPay" vasitəsilə mənə elektron qaydada (EQ 3921841) inzibati cərimənin yazıldığı ilə bağlı mesaj gəldi. Bildirilirdi ki, güya həmin günün gecəsi mən Həsən Əliyev küçəsində "Kral" şadlıq evinin yanında işıqforun qırmızı işığında keçib, qayda pozuntusu etmişəm.
Buna görə mənə 60 manat pul, 3 bal cərimə yazılıb. İddia olunan qayda pozuntusunun üstündən cəmi bir neçə saat keçdiyindən hərəkət trayektoriyam dəqiq yadımdaydı. Tam əminiydim ki, iddia olunan vaxtda mən nəinki Həsən Əliyev küçəsində, heç onun həndəvərində belə olmamışam. Yenə elektron qaydada şikayət yazdım. Səhəri gün Bakı Şəhər Dövlət Yol Polsi idarəsindən Xəlil adlı bir əməkdaş mənə zəng vurub, şikayətimin nədən ibarət olduğu ilə maraqlandı.
Telefonda məsələnin mahiyyətini ona izah etdim. Təklif etdi ki, idarəyə təşrif buyurum və birilkdə bu məsələni görüntülərə baxaraq müzakirə edək. Getdim, məni adı mediada çox hallanan, məşhur 104-cu otaqda qəbul etdilər. Açdı kompüteri, göstərdi ki, gecə saatlarında mənə məxsus avtomobil həqiqətən qırmızı işıqda keçir. Bu da harınlıqdan edilən qayda pozuntusu ola bilməzdi. Sarı ilə qırmızı işığın arasındakı ani dəyişmə zamanına təsadüf edirdi.


İstənilən halda, faktla razılaşdım. Ancaq birmənalı şəkildə bildirdim ki, bu hadisə elektron protokolda qeyd olunan tarixdə ola bilməz. İnspektor dedi ki, bəlkə maşınımı başqa adam sürüb, xəbərim olmayıb. Birmənalı şəkildə bildirdim ki, maşınımı özümdən başqa kimsə sürmür. Zarafata salıb, mənə nə desə yaxşıdır: "Müəllim, maşın sizin, fakt ortada, nə dəxli var, dünən keçibsiniz və ya başqa vaxt". Hörmətli polis zabitinə izah etməyə çalışdım ki, dəxli çoxdur.
Sadə məntiqi ona izah etdim ki, indi mən gedib desəm filankəsi mən öldürmüşəm, hüquq- mühafizə və məhkəmə orqanları heç nəyi araşdırmadan , orataya sübut, dəlil qoymadan , mənə qatil kimi iş kəsəcəklər? Axı edilən istənilən cinayət və inzibati xəta şəxsə sübut olunmalıdır. Bununla bağlı əsası olmayan, saxta sübutlar təqdim olunursa, bu, prosesual qanun pozuntusu sayılır. Başqa bir misal çəkim. Məşhur qanqster Hacı Məmmədov məhkəmədəki iafdəsində demişdi ki, güya jurnalist Elmar Hüseynovu o öldürüb. Bunu səmimi etiraf edirdi, sonu nə oldu?


Məhkəmə belə qənaətə gəldi ki, rəhmətlik boşboğazlıq edirmiş. Bütün bunlar bir daha təsdiqləyir ki, istənilən cəzanın tətbiqi ilə bağlı orataya qoyulan subutlar möhtəbər olmalıdır. Mən isə hesab edirəm ki, DYP-nin mənə tətbiq etdiyi qayda pozuntusu ilə bağlı sübutları saxtadır və əsaslı sayılla bilməz. Tamailə başqa vaxt olunan bir qayda pozuntusunu, ürəkləri istəyən vaxta sənədləşdirilməsinə bundan başqa ad vermək olmaz.


Yənə dəbbə pulu gəlməməsi üçün və nə vaxtsa qırmızı işqda keçdiyim təsbit olunduğundan, mən həmin cəriməni ödədim. Həmin çekin fotosunu da paylaşıram. Cərimə məbləğinin 54 manat göstərilməsi sizi çaşdırmasın, tez ödəniləndə məbləğdə bir qədər güzəşt olunur. Orada mənə bildirdilər ki, məlum şöbəyə əslən Şərurdan olan, tanınmış adamlardan biri sayılan - Mamoş Şirəliyevin oğlu rəhbərlik edir. Bunu da sənədimdə Şərur doğumlu olduğumu gördükləri üçün yumşaldılma variantı kimi nəzərimə çatdırdılar.


Dedim, rəisinizin özünü tanımıram, amma həmin nəslin nümayəndələri barədə pis nəsə eşitməmişəm. Ümidvaram ki, şikayətimi obyektiv araşdıb, mənə cavab verəcək. Cavab gəlmədi. Belə çıxır ki, elə 104-cü otaq elə Nüşirəvan Səfərovdan qalma köhnə qaydalarla çalışır. Həmin heyət işdən azad olunanda kameralarla hansı oyunlardan çıxdıqları barədə mediada əsaslı məlumatlar tirajlanıb. Mən, Daxili İşlər Nazirliyi və DYP rəhbərliyindən xahiş edirəm ki, saxta sübut və dəlil əsasında cərimə olunmağıma dair məsələ obyektiv araşdırılsın və fakta düzgün hüquqi qiymət verilsin". 

Məhəmmədəli Qəribli


 

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar