İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...

02 dekabr, 2020 12:13

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər üzrə nümayəndəliyi “Nial Construction” MMC ilə müqavilə bağlayıb. 

Azsiyasət.com xəbər verir ki, maliyyə dəyəri 104 288 AZN olan müqaviləyə əsasən şirkət İsmayıllı şəhərində mənzil fondunun əsaslı təmirini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən 18 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı İsmayıllı rayonu Talıstan kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Seyfəli Şamil oğludur.

Araşdırmalarımız zamanı bəlli olub ki, “Nial Construction” MMC bir qayda olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin keçirdiyi iriməbləğli tenderlərin qalibi olur.

Məsələn, bu ilin fevralında icra hakimiyyəti ümumi dəyəri 3,6 milyon AZN təşkil edən bir neçə tender keçirib. Bu tenderlərdən birinin qalibi “Nial Construction”dur. İcra hakimiyyəti şirkətlə 383 000 AZN-lik müqavilə bağlayıb.

2019-ci ildə isə İsmayıllı Rayon İcra Hakimiyyəti zəlzələ nəticəsində ziyan görmüş vətəndaşların evlərinin təmiri məqsədilə “Nial Construction” MMC  ilə maliyyə dəyəri 990 000 AZN olan müqavilə imzalayıb.

Şirkətin qanuni təmsilçisi Seyfəli Qasımova gəlincə, açıq mənbələrdə onun barəsində yalnız 2017-ci ildə İsmayıllı Rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda keçirilən dəyirmi masada iştirakı barədə məlumata rast gəlinir.

yenisabah.az

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb