Şəhid ailəsinə şampun, sabun və duş geli göndərən deputat Məşhur Məmmədov imiş...

19 noyabr, 2020 12:54

Milli Məclisin deputatı Anatoliy Rafailov Xaimoviç Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərdiyi sovqat qəzəbə səbəb olub.

Azsiyasət.com xəbər verir ki, bu barədə şəhidin yaxın qohumu Səma Aydəmir məlumat yayıb.

O bildirib ki, şəhidin dəfnində iştirak etməyən, 53 saylı Quba-Qusar dairəsindən olan millət vəkili Anatoliy Rafailov şəhid ailəsinə “üzrxahlıq sovqatı” olaraq duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü göndərib.

S.Aydəmir əlavə edib ki, şəhidin ailə üzvləri deputatın göndərdiyi bağlamanı bələdiyyəyə qaytarıb. Sonra isə Rafailovun köməkçisi yenidən xahiş-minnətlə bu paketi geri gətirib.

Məsələ ilə bağlı deputatın köməkçisi Məhsəti Əliyeva “BakuPost”a bildirib ki, şəhid ailəsinə göndərilən sovqata nələrin daxil olmasından Anatoliy Rafailovun xəbəri olmayıb:

"Deputat, iş adamı Məşhur Məmmədov Anatoliy Rafailova da təklif etdi ki, sənin də dairəndən olan şəhid ailələrinə yardım edim. Məlum olduğu kimi, A.Rafailov iş adamı deyil, həkimdir, xalq arasından çıxmış insandı. Şəhərə giriş bağlı olduğundan Qubaya gedə bilmirik, həm də müharibə dövründə deputatlara kənara çıxmağa qadağa qoyulmuşdu. M.Məmmədov da dedi ki, mən sizinkilərə də yardım edib, sovqat göndərəcəyəm. A.Rafailov bu sovqatı ümumiyyətlə görməyib, təşkilatçılığı Məşhur müəllim edib. Düşünmürəm ki, bu hər hansı bir təxribat olsun. Amma bağlamaya ətir qoymaqla çox böyük səhv ediblər. Qubadakı köməkçi ilə əlaqə saxlamışam, deyir ki, bağlamada yağ, xurma, makaron, un, düyü və digər ərzaq məhsulları da var. 2 bağlama olub - məişət və ərzaq sovqatı. Bağlama Quba rayon İcra Hakimiyyətinə göndərilib. Orda da əlbəttə, icra nümayəndələri açıb, bağlamaya baxa bilməzlər. Hər iki sovqat Qarabağ uğrunda qələbədən sonra noyabrın 13-də göndərilib. Yəqin fikirləşiblər ki, sovqatın göndərilməyi qələbə ərəfəsinə düşdüyündən bu münasibətlə də şəhid ailəsini təbrik etsinlər. Çünki şəhid ailələri də qələbə xəbərinə çox sevinirdi. Tək bu ailəyə yox, bir neçə ailəyə eyni cür sovqat göndərilib. Yəni, bağlamalar yardım məqsədilə göndərilib”.

16 aprel

17:46 - "Türkiyə ilə əlaqələrimizdə soyuqluq yoxdur" - Putinin sözçüsü16:55 - Prezident və xanımı Pirşağıda ağac əkiblər16:19 - "Pullar nazir müavini Əli Abdullayevdədir" - Dələduzluqda ittiham olunan sabiq hakimdən etiraf - EKSKLÜZİV16:14 - Ermənistanda Araik barədə cinayət işi başlanıldı15:31 - Azərbaycanda partiya sədri vəfat etdi 13:49 - "Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır" - Ukrayna Prezidenti12:25 - Dilqəm Əsgərov: Şahbaz erməni agentidir, bu da sübutları...11:35 - "Rusiya böyük strategiya ilə yox, qısamüddətli taktiki variantla hərəkət edir" - Ryudiger Fon Friç11:04 - Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyana şeirlə CAVAB VERDİ10:09 - 70 yaşlı Pənahov vəzifəsindən gedəcək? - 20 illik sədrlik bitdi10:03 - "Kommersant" Ermənistana "İsgəndər-M" raketlərinin verildiyi haqda nə yazmışdı... - Rusiya mənbələri təsdiqləyir 09:39 - "MDB adlı qurum yaxın zamanda yoxa çıxacaq" - MÜSAHİBƏ 09:36 - Zelenski ukraynalıları Türkiyədə dincəlməyə çağırdı00:11 - "Putinin fəndi baş tutdu və..."  - MÜSAHİBƏ00:08 - "Camaat pulsuzluqdan 1 maskanı 40 gün taxır" - Natiq Cəfərli00:02 - 6 aydır komada olan qazimiz şəhidlik zirvəsinə ucaldı - FOTOLAR

15 aprel

21:50 - Rusiya sülhməramlıları ermənilər üçün bunu da etdilər - FOTOLAR 21:44 - Saat 8-dən sonra çölə çıxma qadağası qoyula bilər? - AÇIQLAMA21:41 - Prezident bu şəxsləri təltif etdi - SİYAHI15:41 - Ermənistana "İsgəndər M" raketlərinin  verilməsi haqda TARİXİ FAKT15:04 - Erməni və yunan lobbisi Azərbaycana görə İlon Maska təzyiq edir - Türkiyənin peykini əngəlləməyə çalışır 13:35 - "Azərbaycan kəşfiyyat peyki alanda..." - Paşinyan 11:55 - Dilqəm Şahbazı niyə "erməni dostu" adlandırdı? - Oğlu danışdı11:34 - "Qulaq as, sən onlara çatdır ki, Ermənistanı da dirçəltməyə hazıram" - Lukaşenko Əliyevin təklifini açıqladı 10:21 - Rusiya acı gerçəyi etiraf edib üzrxahlıq istəyəcəkmi? - Kritik "İsgəndər" testi01:27 - Rusiya Krıma nüvə silahı yerləşdirir? - Ukraynanın müdafiə naziri detalları açıqlayır01:11 - Azərbaycanın rəsmi statistikası açıqlandı: o qədər kasıbıq ki...01:05 - Lukaşenko İlham Əliyevin oğlundan danışdı

14 aprel

17:58 - Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı 16:50 - "Lələtəpə"yə hücum: Paşinyan erməni ordusunun belini qıran əməliyyatdan danışdı