Şəhid ailəsinə şampun, sabun və duş geli göndərən deputat Məşhur Məmmədov imiş...

19 noyabr, 2020 12:54

Milli Məclisin deputatı Anatoliy Rafailov Xaimoviç Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Aqil Məlikovun ailəsinə göndərdiyi sovqat qəzəbə səbəb olub.

Azsiyasət.com xəbər verir ki, bu barədə şəhidin yaxın qohumu Səma Aydəmir məlumat yayıb.

O bildirib ki, şəhidin dəfnində iştirak etməyən, 53 saylı Quba-Qusar dairəsindən olan millət vəkili Anatoliy Rafailov şəhid ailəsinə “üzrxahlıq sovqatı” olaraq duş geli, şampun, ətir, antibakterial gel, makaron və düyü göndərib.

S.Aydəmir əlavə edib ki, şəhidin ailə üzvləri deputatın göndərdiyi bağlamanı bələdiyyəyə qaytarıb. Sonra isə Rafailovun köməkçisi yenidən xahiş-minnətlə bu paketi geri gətirib.

Məsələ ilə bağlı deputatın köməkçisi Məhsəti Əliyeva “BakuPost”a bildirib ki, şəhid ailəsinə göndərilən sovqata nələrin daxil olmasından Anatoliy Rafailovun xəbəri olmayıb:

"Deputat, iş adamı Məşhur Məmmədov Anatoliy Rafailova da təklif etdi ki, sənin də dairəndən olan şəhid ailələrinə yardım edim. Məlum olduğu kimi, A.Rafailov iş adamı deyil, həkimdir, xalq arasından çıxmış insandı. Şəhərə giriş bağlı olduğundan Qubaya gedə bilmirik, həm də müharibə dövründə deputatlara kənara çıxmağa qadağa qoyulmuşdu. M.Məmmədov da dedi ki, mən sizinkilərə də yardım edib, sovqat göndərəcəyəm. A.Rafailov bu sovqatı ümumiyyətlə görməyib, təşkilatçılığı Məşhur müəllim edib. Düşünmürəm ki, bu hər hansı bir təxribat olsun. Amma bağlamaya ətir qoymaqla çox böyük səhv ediblər. Qubadakı köməkçi ilə əlaqə saxlamışam, deyir ki, bağlamada yağ, xurma, makaron, un, düyü və digər ərzaq məhsulları da var. 2 bağlama olub - məişət və ərzaq sovqatı. Bağlama Quba rayon İcra Hakimiyyətinə göndərilib. Orda da əlbəttə, icra nümayəndələri açıb, bağlamaya baxa bilməzlər. Hər iki sovqat Qarabağ uğrunda qələbədən sonra noyabrın 13-də göndərilib. Yəqin fikirləşiblər ki, sovqatın göndərilməyi qələbə ərəfəsinə düşdüyündən bu münasibətlə də şəhid ailəsini təbrik etsinlər. Çünki şəhid ailələri də qələbə xəbərinə çox sevinirdi. Tək bu ailəyə yox, bir neçə ailəyə eyni cür sovqat göndərilib. Yəni, bağlamalar yardım məqsədilə göndərilib”.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb