Deputat Ülvi Quliyevin oğlu Londonda 5-ci mənzilini aldı - Bu dəfə 1.3 milyon manata - FOTOLAR

21 iyul, 2020 16:22

Jurnalist Cavanşir Həsənli özünün Facebook profilində Milli Məclisin deputatı Ülvi Quliyevin oğlunun bu günlərdə Londonda 600 min funt sterlinqə (1 milyon 300 min manat) yeni mənzil almasına dair xəbər və alqı-satqı sənədlərinin fotolarını yerləşdirib.

Azsiyasət.com xəbər verir ki, jurnalist C.Həsənli öz paylaşımında yazır: “Ölkədə pandemiya ilə əlaqədar karantin rejiminin davam etdiyi vaxtda Londonda 600 min funt sterlinqə (1.300.000 manat) ev alan şəxsin kimliyini maraq edirsiniz. Həmin şəxs Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadədir". 

Deputatın oğlu iyunun 25-də İngiltərə paytaxtında, Avenue road, 32, N12 8PY-dəki evi almaq üçün 0635 3306 0009 saylı alqı-satqı müqaviləsi imzalayıb və iyulun 3-də müqavilənin şərtlərinə əsasən 600 min funt sterlinq vəsait UGANO LTD vasitəsilə Hampshire Trust Bank PLC üzərindən ödənilib.

Bu ev Ülvi Quliyevin oğlunun Londonda aldığı sayca 5-ci evdir. Orxan Quluzadə bundan əvvəl Londonda daha 4 mənzil alıb: 

LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq) 

LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq) 

LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq) 

LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).

Ülvi Quliyevin oğlu UGANO LTD-ni 2009-cu ildə Londonda təsis edib, şirkət ötən ilin iyul ayınadək GUANO LTD adı ilə fəaliyyət göstərib. 2019-cu il maliyyə hesabatına görə şirkətin aktivləri 1 milyon funt (1.200.000 dollar) civarında olub. Orxan Quluzadə bu ilin əvvəlində Londonda ikinci şirkətini - MARKETING SOLE PROJECT LTD-ni təsis edib. Atası Ülvi Quliyev dərman biznesi ilə məşğuldur, "LOĞMAN FARM" tibb şirkəti də Orxan Quluzadənin adına qeydiyyatdan keçib”.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar